Azərbaycan hökuməti vətəndaşlarının hava nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxışına icazə verilən ölkələrin siyahısını genişləndirib.
“Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə 13 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir», - “İnterfaks-Azərbaycan”a hökumətdən bildirilir.
Siyahıya aşağıdakı ölkələr daxildir: Çin Xalq Respublikası, Estoniya, Finlandiya, Fransa, Honq-Konq (ÇXR), Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı və Yaponiya.
Bununla bağlı baş nazir Əli Əsədov cümə günü “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Beləliklə, vətəndaşlarının Azərbaycana uçuşlara icazə verilən ölkələrin sayı 41-ə çatıb. **