06.09.2021 15:10

KOBİA KOB subyektləri arasında sorğuların keçirilməsinə 40 min manat yönəldəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznes subyektləri arasında sorğuların keçirilməsinə “Alliance Consulting Group Azerbaijan” MMC-ni cəlb edib.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Alliance Consulting Group Azerbaijan” MMC ilə müvafiq müqavilə bağlanıb.

Müqavilənin dəyəri 40 min manatdır.

Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.