Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində tapşırıqları uğurla yerinə yetirirlər.
“Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Tapşırığın ssenarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.
Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” təlimləri sentyabrın 17-dək davam edəcək.*
E.Şəfiyev