2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 2020-ci ilin yekunları üzrə 2,8%-ə qarşı 4,9% təşkil edəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu proqnozlar Maliyyə Nazirliyinin saytında dərc olunub.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 3,6%-ə qədər azalacaq.
İnflyasiya templərinin azalması tendensiyası 2023-2025-ci illərdə də davam edəcək: 2023-cü ildə 3,3%, 2024-2025-ci illərdə illik 3,2% təşkil edəcək.
Beləliklə, 2022-2025-ci illərdə Azərbaycanda orta illik inflyasiya 3,325% təşkil edəcək.
Proqnozlara görə, 2022-ci ildə manatın dollara qarşı orta məzənnəsi 1,7 manat/$1 səviyyəsində qalacaq.*
A.Əzizov