Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün ANAMA-ya 400 min avro ayırmağa hazırdır. Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz Twitter səhifəsində yazıb.
“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan daha bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumatı verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir", - deyə səfir yazıb.*
E.Şəfiyev