Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində Ordu aviasiyası da cəlb edilməklə kompleks məşq keçirilib.
“Kompleks məşqə Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrinin yüksək döyüşə hazırolma vəziyyətinə gətirilməsi ilə başlanılıb”, - deyə Əlahiddə Ümumqoşun Ordunun məlumatında bildirilir.
Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmən zərbələrinin dəf edilməsi məşq etdirilib.
“Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə şərti düşməni təqlid edən Ordu aviasiyası praktiki uçuşlarla məşqlərə cəlb edilib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev