Azərbaycanda koronavirus infeksiyasına 2 min 254 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 450,282 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 557 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər (ötən gün 39 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 994 nəfərə çatıb.
Virusa yoluxmuş 397,224 min nəfər (sutka ərzində +3 min 655 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 49 min 318 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 753 (ötən gün 15 min 220 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 608,573 min test aparılıb.*
N.Abbasova