Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 10-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 10-na manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0110 manat/1EUR səviyyəsində (sentyabrın 9-na 2,0084 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0233 manat/1RUB səviyyəsində (sentyabrın 9-na 0,0232 manat/1RUB) müəyyən edib.*
B.Rüstəmbəyov