Bakı və Həştərxan arasında kruiz laynerinin 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bu gün VI Xəzər mediaforumunun plenar sessiyasında bildirib.
“Ümid edirik ki, ölkələrimiz arasında bu kruiz layneri 2023-cü ildə istifadəyə veriləcək”, - deyə Quluzadə əlavə edib.*