2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar ümumilikdə 580,5 milyon manat məbləğində (cari məzənnə ilə $341,5 milyon – İF) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlirlər 2,2% təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından əldə edilən gəlirlər 31,4% artıb.
Azərbaycanda əczaçılıq məhsullarının satışının artımı COVID-19 infeksiyası ilə əlaqədardır.
Ötən il respublikada əczaçılıq məhsullarının pərakəndə satış həcmi 528,1 milyon manat ($310,6 milyon) təşkil edib.*
N.Abbasova