Nazirlər Kabineti un istehsalı ilə məşğul olan şəxslərə subsidiyanın verilməsinin davam etdirilməsi ilə bağlı qərar qəbul edib.
Hökumətin saytında dərc olunmuş qərara əsasən, ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat (cari məzənnə ilə $20,6) məbləğində subsidiya veriləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, un istehsalçılarına subsidiyaların verilməsi 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrü əhatə edirdi. Hökumətin yeni qərarına əsasən, bu müddət 2021-ci il sentyabrın 1-dək uzadılıb.*
R.Əhmədov