Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır”, - deyə məlumatda bildirilir.
“Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 12-də başlayacaq və sentyabrın 20-dək davam edəcək.*
A.Salayeva