SOCAR şirkəti və İsveçrə-Niderland şirkəti Vitol Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə illik 1 milyon tona yaxın Türkmənistan neftinin nəqlinə dair razılığa gəliblər. Bu barədə turkmenistan.gov.tm portalı məlumat verir.
Nəşrin məlumatına görə, şirkətlər reallaşdırılması cari ilin oktyabr ayının əvvəlindən başlanacaq müvafiq saziş imzalayıblar.
“Türkmənistandan əldə olunan neft öncə Rusiyanın dəniz və çay limanlarıdan Novosibirskə qədər tankerlərlə, daha sonra isə neft kəmələri ilə daşınıb. İndi bu marşrut ilə Vitol şirkətinin xammalının nəql həcmi aylıq 80 ton təşkil etməklə iki dəfə azala bilər”, - nəşr qeyd edir.
Əvvəl SOCAR bəyan edib ki, Rusiya və Türkmənistandan çox sayda şirkətlər cəlb etməklə BTC kəməri ilə neft tədarükünü artırmağa çalışır.
Vitol – karbohidrogen xammalının ticarəti üzrə dünya liderlərindən biridir, BƏƏ-də ENOC şirkətindən əldə etdiyi Türkmənistanın “qara qızılını” həcmlərlə təcili müqavilələr üzrə tədarük edir.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.**