Latviya Azərbaycala hərbi əməkdaşlığa dair sənədlər paketi imzalamağı planlaşdırır. Bu barədə «Baltijas Balls» nəşri məlumat verir.
“Rəsmi Riqa müdafiə sahəsində Bakı ilə əməldaşlıq haqqında sənədlər paketi hazırlayıb. Bu gün Latviyanın müdafiə naziri Artis Pabriks bu paketi ölkənin nazirlər kabinetinə təqdim edəcək”, - “İnterfaks-Azərbaycan” nəşrə istinadən məlumat verir.
Sənədlər ümumilikdə müdafiə sahəsində 15 əməkdaşlıq sahəsini müəyyən edir: siyasət və strategiyadan tutmuş dalğıcların hazırlığlna qədər.
“Latviya və Azərbaycan hərbi sənaye kompleksi, hərbi geodeziya, topoqrafiya, geoməkan informasiyası və meteorologiya, hərbi tibb; logistika sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Müqavilə silahlanmaya birgə nəzarətin həyata keçirilməsi və sülhməramlı əməliyyatlarda iştirakı şərtləndirir. Tərəflər rabitə və informasiya sistemlərinin inkişafında, müdafiə tədbirləri zamanı traf mühitin çirklənməsinin aradan qaldırılmasında əməkdaşlıq, hərbi-tarixi tədqiqatlarda iştiraka dair razılığa gəliblər”, - məlumatda deyilir.
Bundan başqa, hər il üçün tədbirlər planı tərtib olunacaq, həmçinin tərəflər qarşılıqlı səfərlərə dair razılaşacaqlar. **
N.Abbasova