2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM 3,6% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2% azalıb, qeyri neft-qaz sektorunda isə 5,7% artıb.
2021-ci ilin 8 ayı ərzində ölkədə 54 milyard 730,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 40,4%-i sənaye, 10,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5%-i tikinti,1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 milyard 466,1 manat təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.**
R.Əhmədov