Türkiyəyə səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov