Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərliik etdiyi nümayəndə heyətini qəbul edib.
“Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi apardılar”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Kaymakçı Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirib.
“Bayramov iki ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşdü. Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğuladı”, - nazirlikdən qeyd olunub. **
E.Şəfiyev