"Bakı Metropoliteni" Qapalı Səhmdar CəmiyyətiBakı Metropiliteninin III yeni (Bənövşəyi) xəttinə aid "Xocasən" elektrik deposunun və B-04 stansiyasının ƏMTQ ( Ətraf mühitə təsirinin qiymətləndirilməsi) üzrə sənədin hazırlanmasına 37 min manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə,www.tender.gov.az saytında dərc olunmuş məlumata əsasən, "Bakı Metropoliteni” “QV” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 36,58 min manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.**
N.Abbasova