Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfərə yola düşüb.
“Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə və Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov çərşənbə axşamı Türkiyəyə yola düşüb”, - Müdafiə Nazirliyindən məlumat verilir.
“Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır”, - MN-dən bildirilir. **
E.Şəfiyev