Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar danışıqlar üçün mühitin yaxşılaşmasına şərait yaratmaq məqsədilə Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalmasını vacib adlandırıb.
“Yerasxa səfər, hərbi mövqelərin (Azərbaycan və Ermənistanın - İF) bəzən biri-birinə necə yaxın yerləşməsi barədə aydın təəssürat yaratdı. Danışıqlar üçün mühitin yaxşılaşmasına şərait yaratmaq məqsədilə sərhəddə gərginliyi azaltmaq vacibdir. Aİ (bu təşəbbüsü - İF) dəstəkləməyə hazırdır”, - “İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, Klaar Twitter hesabında yazıb. **
E.Şəfiyev