2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana 408,8 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 5,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $103 milyon 772,3 min (artım 10,4%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $87 milyon 102,7 min dəyərində (artım 34,5%) 189,1 min ton şəkər xammalı və şəkər (azalma 0,4%), $106 milyon 554,6 min dəyərində (artım 45,6%) 77,761 min ton bitki yağı (azalma 7,7%), $36 milyon 946,6 min dəyərində (artım 8,5%) 8,732 min ton çay (artım 3,9%), $44 milyon 915,9 min dəyərində (azalma 11,9%) 9,051 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 12,1%) idxal edilib.
Yanvar-iyul aylarında respublikaya $13 milyon 722,2 min dəyərində (azalma 42%) 3,599 min ton iribuynuzlu heyvan əti (azalma 42,8%), $20 milyon 36,7 min dəyərində (azalma 11,9%) 15,871 min ton quş əti və quş əti məhsulları (azalma 19,2%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $74 milyon 659,3 min dəyərində (azalma 0,1%) 79,48 min ton meyvə (azalma 2%), $14 milyon 948,4 min dəyərində (artım 34,4%) 29,546 min ton tərəvəz (artım 43,3%), $25 milyon 996,6 min dəyərində (artım 4,6%) 104 min ton kartof (artım 14,1%) idxal edilib.
Yanvar-iyul aylarında ölkədən $141 milyon 636,5 min dəyərində (azalma 20,9%) 138,6 min ton tərəvəz (azalma 22,3%), $150 milyon 132 min dəyərində (artım 3,5%) 122 min ton meyvə (artım 33%), $39 milyon 851,4 min dəyərində (artım 18,1%) 91,813 min ton kartof (artım 12,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $20 milyon 8041 min dəyərində (artım 2,2 dəfə) 40,134 min ton şəkər (artım 1.8 dəfə), $9 milyon 806 min dəyərində (artım 49,5%) 7,86 min ton bitki yağı (artım 2,6%) ixrac edilib.
Yanvar-iyul aylarında Azərbaycan $9 milyon 558,2 min dəyərində (аzalma 0,3%) 7,845 min ton meyvə və tərəvəz şirələri (artım 15,9%), $2 milyon 180 min dəyərində (artım 15%) 140,5 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 11,3%), $5 milyon 65,1 min dəyərində (artım 6,9%) 4,48 min ton meyvə və tərəvəz konservləri (artım 18,4%), $3 milyon 666,4 min dəyərində (azalma 39,2%) 1,436 min ton tütün (azalma 43,2%) ixrac edib.**
B.Rüstəmbəyov