2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 310,7 milyon manat və ya ÜDM-in 0,57%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 15 milyard 937,5 milyon manat (2020-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə azalma 0,1%), xərcləri 15 milyard 626,8 milyon manat (azalma 4,5%) təşkil edib.
Yanvar-avqust aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 54 milyard 730,2 milyon manat təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.**
R.Əhmədov