Azərbaycanda koronavirus infeksiyasına 2 min 64 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 465,390 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 77 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər (ötən gün 33 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 195 nəfərə çatıb.
Virusa yoluxmuş 420,025 min nəfər (sutka ərzində +3 min 831 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 39 min 170 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 972 (ötən gün 13 min 991 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 690,082 min test aparılıb.**
A.Salayeva