Azərbaycanprezidenti İlham Əliyev cümə axşamı Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanın məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işini gücləndirməkdir.
Fərmana əsasən, Nazirlər Kabinetinə beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etmək tapşırılıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiqetmək tapşırlır.
Fərmana əsasən, ANAMA-ya ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bundan əlavə, minatəmizləmə fəaliyyəti ilə əlaqədar elektron məlumat bazası formalaşdırılacaq. **
E.Şəfiyev