Ermənistanın baş naziri Nikol Paşinyan Düşənbədə İran prezdenti İbrahim Rəisi ilə iki ölkə arasında yük daşımalarının fasiləsiz təşkili məsələlərini müzakirə edib.
“Düşənbədə işgüzar səfərdə olan Ermənistanın baş naziri İran İslam Respublikasının prezidenti ilə görüş keçirib. Görüşdə hömsöhbətlər Ermənistan-İran arasında çoxsahəli münasibətlərin gələcək inkişafını, iki ölkə arasında yük daşımalarının fasiləsiz təşkili məsələlərini, həçmçinin bölgədə baş verən prosesləri müzakirə ediblər”, - Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
Həmçinin, Paşinyan bəyan edib ki, Ermənistan hökumətinin fəaliyyət proqramında regional münasibətlərin əhəmiyyəti xüsusilə vurğulanıb. **