Energetika Nazirliyi Yaşma ərazisində qaz-turbin elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı hüquqi, texniki və maliyyə məsələləri üzrə məsləhətçi şirkət seçimindən imtina edib.
“İnterfaks-Azərbaycan” www.etender.gov.az saytına istinadən məlumat verir ki, seçimdə iştirak üçün iddiaçıların sayı kifayət qədər olmaması səbəbindən nazirlik müvafiq qərar qəbul edib.
Seçimə 2021-ci il avqustun 27-də başlanılıb və kotirovka sorğusu üsulu ilə keçirilib.
Qaz-turbin elektrik stansiyasının özəl investisiya hesabına tikintisi planlaşdırılır.**
N.Abbasova