ATƏT-in Parlament Assambleyası Azərbaycan və Ermənistan parlamentləri ilə səmərəli əməkdaşlıq əsasında sülh prosesinə dəstək göstərmək üçün parlamentlərarası dialoqa yardım etməyə hazırdır. Bu barədə ATƏT PA-nın yeni sədri Marqareta Sederfelt bəyan edib.
“Qarabağda əldə olunan barışığa baxmayaraq, “torpaqda” mülki əhalinin əziyyətlərini yüngülləşdimək və dayanıqlı sülhün bərqərar olması üçün hələ çox işlər görmək lazımdır”. Əvvəlki kimi, ATƏT PA Azərbaycan və Ermənistan parlamentləri ilə səmərəli əməkdaşlıq əsasında sülh prosesinə dəstək göstərmək üçün parlamentlərarası dialoqa yardım etməyə hazırdır”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, Sederfelt təşkilatın Daimi Şurasına ilk müraciətində bildrib. **
E.Şəfiyev