Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.
“Bayramov Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb”, - XİN-in məlumatında deyilir.
Həmçinin, nazir gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu bildirib.
Frakassetti, öz növbəsində 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən BMTİP-in bu müddət ərzində bir sıra sahələrdə, o cümlədən həssas qrupların dəstəklənməsi, peşə təhsili, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, kəndlərin inkişafı, gənclərin işlə təyin olunması və s. proqramların uğurla həyata keçirildiyini qeyd edib.
“BMTİP-in həmçinin münaqişə sonrası (Qarabağda - İF) minadan təmizləmə fəaliyyətinə də dəstək verib», - məlumatda qeyd olunur. **
E.Şəfiyev