Azərbaycan Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlğın genişləndirilməsində maraqlıdır. Bu barədə Azərbaycan Respublikasının baş naziri Əli Əsədov cümə günü Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Paskal Erenfroyndun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı bəyan edib.
“Tərəflər Bakının 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin tarixi əhəmiyyətini vurğulayıblar”, - Nazirlər Kabinetinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, Əsədov bildiirb ki, Azərbaycan Konqresin ən yüksək səviyyədə keçirilməsi üçün münbit şərait yaradıb.
“Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa-yenidənqurma işləri barədə söhbət açılıb, bu prosesdə peyklərin əhəmiyyətli rolu xüsusi qeyd edilib”, - Nazirlər Kabinetindən vurğulanır. **
E.Şəfiyev