Azərbaycanda koronavirus infeksiyasına 1 min 770 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 468,943 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 783 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər (ötən gün 32 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 251 nəfərə çatıb.
Virusa yoluxmuş 427,493 min nəfər (sutka ərzində +3 min 788) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 35 min 199 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 781 (ötən gün 12 min 852 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 715,715 min test aparılıb.**
E.Şəfiyev