Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 5,4-5,8% səviyyəsində, illik inflyasiyanı – 7-7,5% səviyyəsində proqnozlaşdırır.
“Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir.Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilmişdir. Proqnozlara görə cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir ”, - AMB-nin uçot dərəcəsinin parametrləri üzrə bəyanatında deyilir. Bu barədə “İntrerfaks-Azərbaycan” məlumat verir.
AMB-nin qiymətləndirmələrinə əsasən, 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.
AMB qeyd edir ki, orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olub.Həmçinin, orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% təşkil edib.
AMB qeyd edir ki, mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olmuşdur. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir”, - bankdan bildirilir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildə 2,8%-ə qarşı 4,9% təşkil edəcək. **
A.Əzizov