Azərbaycanda koronavirus infeksiyasına 2 min 42 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 470,985 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 770 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər (ötən gün 24 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 280 nəfərə çatıb.
Virusa yoluxmuş 430,717 min nəfər (sutka ərzində +3 min 224) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 33 min 988 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 666 (ötən gün 12 min 781 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 731,381 min test aparılıb.**
A.Salayeva