Bakıda Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.
“Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib”, - Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbər verildiyi kimi, Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər.Səfər sentyabrın 20-dək davam edəcək. **
A.Salayeva