Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün bu gün Nyu-Yorka yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.
“Səfər zamanı C.Bayramovun sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etməsi, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə