Cənubi Qafqazda kommunikasiyaların açılması Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Üçtərəfli işçi qrupun görüşləri keçirilir. Tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına köklənib”, - deyə Overçuk bu gün İrəvanda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, nəqliyyat marşrutlarının bərpası Ermənistanla RF arasında da ticarət dövriyyəsinin artırılması və genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.*