Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan üzərindən dəhlizin yaradılması məsələsi müzakirə edilmir. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Xeyr, müzakirə olunmur”, - deyə Overçuk bu gün İrəvanda jurnalistlərin müvafiq sualına cavab olaraq bildirib.
“Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsi müzakirə edilir”, - deyə o qeyd edib.*