Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdi.
“Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul edilib, eyni zamanda, iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlıq müzakirə olunub. Bundan başqa, mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi təşkil edilib”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev