ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana və Ermənistana səfər edəcək. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə ATƏT PA-nın məlumatında deyilir.
“Gürcüstana səfəri başa çatmış xüsusi nümayəndə Azərbaycana və Ermənistana səfər etmək üçün regiona dönmək niyyətindədir. Məqsəd müvafiq daxili məsələləri və daha geniş regional çağırışları müzakirə etməkdir”, - deyə məlumatda qeyd olunur.
Səfərin dəqiq tarixi barədə məlumat verilmir.*
E.Şəfiyev