Regional kommunikasiyaların açılması və Rusiya ilə dəmir yolu əlaqəsinin qurulması Ermənistan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq, çünki bu, Ermənistanın artıq 25 ildən çoxdur davam edən blokadadan çıxmasına imkanı verəcək. Ümid edirəm ki, işlər (Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın - İF) nəticəsində konkret qərarlara gələcəyik”, - deyə Paşinyan bu gün İrəvanda Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşdə bildirib.
“Rusiya ilə dəmir yolu əlaqəsinə (Azərbaycan ərazisindən - İF) malik olmaq bizim üçün çox vacibdir, bu, iqtisadiyyatımızın inkişafı və Avrasiya İqtisadi İttifaqına inteqrasiyamız üçün yeni imkanlar açacaq”, - deyə baş nazir qeyd edib.*