Sankt-Peterburqda Üzeyir Hacıbəylinin adını daşıyan bağda bəstəkara abidə qoyulacaq.
“Abidənin təməli IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində qoyulacaq”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Forumun saytına istinadən xəbər verir.
“Azərbaycan - IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun qonaq ölkəsi” proqramı 2021-ci il noyabrın 11-dən 13-dək keçiriləcək.
Həmçinin Forum çərçivəsində Dövlət Ermitaj Muzeyində Azərbaycanın daimi ekspozisiyasının təntənəli açılış mərasimi keçiriləcək.
“Sankt-Peterburqun Mariinski Teatrının səhnəsində bəstəkar Fikrət Əmirovun “1001 gecə” baleti nümayiş olunacaq, həmçinin azərbaycanlı caz ifaçılarının konserti keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Anar Kərimov başçılıq edəcək.*
E.Şəfiyev