Azərbaycanda koronavirus infeksiyasına 740 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 473,459 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 783 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər (ötən gün 25 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 327 nəfərə çatıb.
Virusa yoluxmuş 436,537 min nəfər (sutka ərzində +2 min 442 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 595 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 103 (ötən gün 12 min 780 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 751,264 min test aparılıb.*
N.Abbasova