Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib.
“Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Təlim Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.*