2021-ci ilin əvvəlindən Azərbaycan gömrükçüləri İrandan narkotik vasitələrin, əsasən heroinin tranzit keçməklə qaçaqmalçılığının qarşısının alınması ilə əlaqədar bir sıra uğurlu əməliyyatlar həyata keçiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi rusiyalı tarixçi, hüquqşünas və siyasi analitik Oleq Kuznetsov ilə söhbət etdi.
- Oleq Yuryeviç, dünən Azərbaycan gömrükçüləri İrandan iri partiya təxminən 528 kq heroinin tranzit yolla qaçaqmalçılığının qarşısının alınması barədə məlumat veriblər. 2021-ci ilin əvvəlindən bu cür iri partiyanın saxlanılması ilə bağlı ilk fakt deyil. İranlı narkokuryerlərin bu cür fəallığını nə ilə əlaqələndirirsiniz?
- Pul, pul və yenə də pul, puldan başqa heç nə. Transsərhəd narkotrafiki problemi mənə yaxşı məlumdur, çünki bu problem 2000-ci illərin əvvəlində idarənin hüquq universitetini bitirəndə mənim buraxılış ixtisaslaşma işimin mövzusu olub. Ötən 20 il ərzində vəziyyət praktiki olaraq dəyişməyib və mən Rusiya həqiqətlərindən sizə misal çəkərkən, siz bunu Azərbaycan və ümumilikdə problemi ekstrapolyasiya edə bilərsiniz, onun dərinliyini və miqyasını anlayarsınız. Rusiyada narkotiklərin “qara bazarında” təmiz heroinin qiyməti 100 dollardır, müvafiq olaraq, kiloqramı – bir milyon dollardır. Beləliklə, Rusiyanın ölçüləri ilə götürsək, Azərbaycan gömrükçülərinin müsadirə etdikləri İran heroini partiyasının dəyəri ən azı 528 milyon dollar təşkil edir. Siz sualınızda qeyd etdiniz ki, bu, cari ildə İran-Azərbaycan sərhədində saxlanılan ilk iri partiya deyil. Əgər səhv etmirəmsə, bü günə olan vəziyyətə görə, söhbət 2021-ci ilin əvvəlindən müsadirə olunmuş 1,5 ton və hətta daha çox təmiz heroindən gedir. Bu isə deməkdir ki, 1,5 milyard dollar və hətta bir milyard dollardan çox və ya təxminən 2,5 milyard manat dəyərində mal kriminal dövriyyədən çıxarılıb.
Və bu Rusiya qiymətlərində qeyd olunub. Hazırda bu sahədə vəziyyətin nə yerdə olduğu mənə məlum deyil, lakin hələ 10 il öncə, mən paqon daşıdığım zaman, Avropa İttifaqının sərhədlərini keçərkən – bu yaxınlarda müsadirə olunan heroin isə İrandan Latviyaya tranzit yolla aparılırdı – bu narkotikin “qara bazarda” dəyəri avtomatik olaraq 1,5 dəfə artırdı.
Bir qədər başqa statistika əlavə edim ki, oxucularınız Azərbaycan gömrükçülərinin uğurlarının miqyasını anlasınlar. Yerli narkomafiya bossları tərəfindən əldə olunan və beynəlxalq “qara bazardan” milli “qara bazara” daxil olan təmiz heroin onlar tərəfindən suda tez həll olunan şəkər tozu tipində qida əlavələri ilə qarışdırılır və həmin qiymətə kiçik narkodillerlər tərəfindən satılır. Gördüyümüz kimi, gəlir 100 faizə bərabərdir və narkomafiya bossları özləri bununla dolanırlar, döyüşçülər, daşıyıcılar saxlayırlar, məmur və polisi öz tərəflərinə çəkirlər. Kiçik narkodillerlər malı doza ilə çəkib qablara doldururlar və ya 0,7-0,8 qram ilə qablaşdırırlar. Beləliklə, onların gəliri 25 faiz təşkil edir, onlar və narkotiki pərakəndə üsulla yayanlar bununla dolanırlar. Kiçik hesablamalar aparıb, anlamaq olar ki, bir kq təmiz heroindən narkomanlar üçün 2,5 min doza əldə olunur. Müvafiq olaraq, əgər bu rəqəmi İran-Azərbaycan sərhədində müsadirə olunmuş heroinin sayına vursaq, asanlaqla hesablamaq olar ki, bir gün ərzində Azərbaycan gömrükçüləri 1,32 milyon doza və ya buna yaxın heroini kriminal dövriyyədən çıxarıblar.
Və mövzunun sonunda, əsəbləri möhkəm olanlar üçün daha bir-iki fakt. Bir doza təmiz heroin və iki doza qarışdırılmış heroin sağlam yeniyetməni narkomana çevirmək üçün kifayətdir. Yaşa dolmuş şəxsi əlacsız narkoman etmək üçün 3 doza təmiz heroin və ya 5-6 doza qarışdırılmış heroin lazımdır. Sadə heroin narkomanı 200-300 xalis heroin iynəsindən sonra və ya 700-1000 qarışdırılmış heroin iynəsindən sonra dünyasını dəyişir. Özününz hesablayın.
- İran narkokuryerləri Zəngilan, Füzuli və Cəbrayıl istiqamətində Azərbaycan sərhədindən narkotiklərin qaçaqmalçılığı üçün istifadə etməyə çalışıcaqlar?
- Sözsüz ki, bəli. Bu dəqiqə biz sizinlə transsərhəd narkotrafikdə nə qədər pulun dövriyyədə olması barədə danışdıq, bunu təşkil edənlərin heç biri bu puldan imtina etməyəcək. Məlumat üçün bu mövzuda sizə daha bir faktı qeyd edim: dünya təcrübəsində istənilən ölkənin gömrük, sərhəd, hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları öz ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin 15-30 faizinin qarşısını alır, eyni zamanda müsadirə olunmuş narkotikin yalnız üçdə bir hissəsinə sərhəddə həbs qoyulur. Yəni, başa düşmək lazımdır ki, əgər bu il İran-Azərbaycan sərhədində 1,5 ton heroin müsadirə olunubsa, o zaman sərhəd mühafizəsindən ən azı bir neçə dəfə çox keçirilib. Bunun da obyektiv səbəbləri var.
Azərbaycan Dövlət Gömrük Komitəsinin qeyd olunan heroin partiyasına həbs qoyması barədə məlumatı diqqətlə oxudum. Belə çıxırdı ki, narkotik İrandan Latviyaya ixrac olunan hansısa kimyəvi preparat arasında daşınıb. Bu, narkotrafik təşkilatçılarının səciyyəvi üsuludur – narkotiki kimyəvi preparatlar və ya məişət kimyası, misal üçün yuyucu toz arasında keçirmək. Bu ona görə edilir ki, axtarış iti narkotikin iyini duymasın.
O cümlədən, narkotrafikin gizlədilməsi məqsədilə çox vaxt təzə çiçəklərdən, ədviyyatladan, tropik meyvələrdən, nadir hallarda – parfümeriyadan istifadə edirlər. Bu hallarda artıq axtarış iti deyil, daşınar rentgen skanerindən istifadə olunur. Aeroportların yoxlama zonasında quraşdırılanlar kimi, daşınan maddənin sıxlığının müxtəlifliyi üzrə onun kütləsində nə isə gizlədilib və ya gizlədilmədiyini müəyyən etmək üçün. Azərbaycan DGK-nin məlumatında kimyəvi preparatlarda narkotikin it tərəfindən aşkar olunduğunu oxuyanda mən sadəcə gülümsündüm. Çox yaxşı anlayıram ki, narkotik texniki nəzarət vasitələrinin tətbiqi və ya həmin maşın barədə göndərənlər tərəfindən informatorlardan xüsusi xidmət orqanlarına operativ məlumat daxil olub. Mən bu barədə ona görə bu cür açıq şəkildə danışıram ki, bu məsələ ilə bağlı bütün peşəkarlar eyni cür düşünürlər. Heç bir təcrübəli və hətta yeni başlayan kinoloq içərisində bəyan edilmiş kimyəvi preparatlar olan avtomobilə iti yaxın buraxmaz. Buna görə, bu halda nəzarət ya rentgen, və yaxud adi əl ilə yoxlamaqla aparılıb, yəgin ki, belə olub. Belə yük avtomobili daşıyıcıları sərhəd-gömrük nəzarəti zamanı gücləndirilmiş diqqət altında olurlar, bu heç kim üçün sirr deyil, bu dəfə transsərhəd narkotrafiki reysi uğursuz olub. Lakin çox vaxt elə alınır ki, narkotiklər sərhədi keçir, beynəlxalq yükdaşıma dövriyyəsi nə qədər intensiv olarsa, onun kriminal tərkibini fiziki və texniki olaraq izləmək və qarşısını almaq bir o qədər çətinləşir.
Lakin bu, beynəlxalq narkotrafikə qarşı gündəlik və çox çox zəhmət tələb edən mübarizədə Azərbaycan gömrükçülərinin ciddi qələbəsini heç bir vəchlə azaltmır. Rusiyada buna görə dövlət mükafatları təqdim edirlər.
- Bakı narkotrafikə qarşı daha səmərəli mübarizə məqsədilə İranın yeni hakimiyyəti ilə münasibətləri necə qurmalıdır?
- Mən bu suala cavab verə bilmərəm, çünki xüsusilə bu məsələ ilə bağlı xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələri səviyyəsində Azərbaycan-İran münasibətlərinin detalları barədə məlumatım yoxdur. Lakin dəqiq olaraq bunu deyə bilərəm: belə iri partiya heroini yerli hakimiyyətin xəbəri və ya səhlənkarlığı olmadan istehsal etmək və ya formalaşdırmaq mümkün deyil. Bunu anlamaq üçün fiziki kimyadan sadə misal gətirim. Əgər düzgün xatırlayıramsa, heroinin xüsusi çəkisi bir kub santimetr üçün 0,8 qram təşkil edir, yəni sudan bir qədər yüngüldür və suda həll olunur. Beləliklə, 528 kq heroin həcmdə 0,6 kub metr təşkil edəcək. Daşınar yükün ümumi çəkisinə bu həcmi qoymaq üçün təchiz edilmiş yer, çatdırlma vasitələri, müvafiq olaraq, bir neçə icraçı şəxs, o cümlədən, təşkilatçılar, əlaltılar, vasitəçilər, bir sözlə desək, şaxələnmiş və ən əsası, zamanla dayanıqlı, öz əməliyyatlarını müəyyən tezliklə və vaxtaşırı həyata keçirən kriminal şəbəkə lazımdır.
Problemi daha adekvat anlamaq üçün daha bir misal çəkim. İki lalə gülünün kolundan orta hesabla bir qram xammal olan tiryək əldə olunur. Adətən bir kvadrat metr sahədə təxminən 20 ədəd lalə gülü kolu bitir, o zaman həmin sahədən 10 qram toplamaq olar. Lakin bu halda əgər lalə gülünün şirəsi yığılırsa və bu bitkinin komponentləri emala göndərilmirsə, nəticədə morfin və heroin istehsalı üçün xammal deyil, həşiş əldə edirlər, bu da narkotikin bir növüdür. Tiryəkin emalı və kimyəvi emalı və onun heroinə çevrilməsi zamanı, maddənin həcmi praktiki olaraq iki dəfə artır, bundan nəticə çıxarmaq olar ki, bir kvadrat metr lalə gülü plantasiyasından şərti olaraq 20 qram heroin istehsal etmək mümkündür. Hesablamalara davam etsək, İran-Azərbaycan sərhədində müsadirə olunan heroinin istehsalı üçün 250-270 hektar lalə gülü əkinindən xammal lazım olacaq. Narkotik tərkibli bu bitkinin bitdiyi sahəni hakimiyyətin diqqətindən gizləmək fiziki olaraq mümkün deyil. Və bu ancaq müsadirə olunmuş bir partiyadır, bu rəqəmi il ərzində müsadirə edilmiş heroinin bütün həcmi üçün yenidən hesablasaq, o zaman sahəsi 3 hətta 4 dəfə böyük plantasiyalardan söz açmaq lazımdır. Heroinin hipotetik sayının İrandan Azərbaycan ərazisi ilə tranzit keçərək aşkar olunmadan və müsadirə olunmadığını nəzərə alsaq, o zaman anlamaq lazımdır ki, lalə gülü plantasiyaları min hektar ərazini əhatə edir, onların becərilməsi və “məhsul” emalı üçün onlarla deyil, yüzlərlə, hətta minlərlə insan cəlb edilməlidir. Yəni, heroin istehsalı, laboratoriyalar və ya xammal olan tiryəkin kimyəvi becərilməsi üzrə müəssisələr – məkan və zamanda dayanıqlı sistemdir, yaxşı təşkil olunmuş biznesdir. Bununla əlaqədar iki rəy ola bilməz.
Bu cür struktur daima qeyri-leqal mövcud ola bilməz, bu səbəbdən ona ya dövlət tərəfindən nəzarət olunur və ya onunla açıq mübarizə aparır, necə ki bu, misal üçün Boliviya və ya Kolumbiyada, həmçinin, Cənub-Şərqi Asiya adalanan “qızıl üçbucaq” ölkələırində baş verir. İrana gəlincə isə, mən heç zaman mollalardan ibarət yerli rejimin və onlara qarşıduran narkomafiya bossları arasında müharibə barədə eşitməmişəm. Belə olduğu halda, narkotrafik birbaşa və ya əlaqəli şəkildə bu ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Bununla əlaqədar iki variant ola bilməz, necə ki, Əfqanıstanda Amerikanın işğalçı güvvələri ilə baş verdiyi kimi. Onların səhlənkarlığı səbəbindən bu ölkə xammal olan tiryəkin və ondan törəyən – morfin və heroinin dünya mərkəzinə çevrilib. Əgər reallıqda vəziyyət məhz mənim ehtimal etdiyim kimidirsə, o zaman Azərbaycan İrandan transsərhəd narkotrafiki ilə mabarizədə yalnız özünə ümid etməlidir. **