Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli və “erməni əsirlərin Azərbaycandan azad olunması” ilə əlaqədar işi davam etdirəcək. Bu barədə ABŞ prezidenti Co Bayden bəyan edib.
“Erməni xalqı çağırışlarla, həmçinin Dağlıq Qarabağda hərbi əməliyyatlarla üzləşib, bu da fəciəli insan tələıfatına gətirib. Erməni xalqının dərdini böüşərək, biz regional sabitliyin stimullaşdırılması və münaqişənin həlli məqsədilə ATƏT-in Minsk qrupu formatında və digər regional formatlar çərçivəsində Ermənista hökuməti ilə birlikdə işləyəcəyik”, - Bayden Erməınistanın müstəqilliyinin 30 illiyi münasibətilə baş naziri Nikol Paşinyana ünvanladığı təbrikdə bəyan edib.
O qeyd edib ki, “ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin azad olunması istiqamətində tədbirləri davam etdirəcək”.
“Biz həmçinin koronavirusa qarşı mübarizədə əməkdaşlığı davam etdirməyə sadiqik və bunun üçün Ermənistana $14,2 milyon ayırmışıq”, - Bayden qeyd edib. **