Azərbaycan və Rusiya arasında təbii qazın mövsümi mübadiləsi (svop) gündəlik 0,5 milyon kubmetr təşkil edəcək. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib.
“İndi biz tədarük edirik, qışda isə idxal edəcəyik”, - o xatırladıb.
Xəbər verildiyi kimi, yayda Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” və “Qazprom” Qrupu arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin qüvvədə olması müddəti 2023-cü ilə qədərdir. Azərbaycan tərəfindən müvafiq həcmdə məhsulların qəbulu və göndərilməsi baxımından müqavilənin texniki icrasını SOCAR həyata keçirəcək.
2000-ci ildən 2006-cı ilədək “Qazprom” Azərbaycana qaz tədarük edib. “Şahdəniz” yatağı istifadəyə veriləndən sonra tədarük dayandırıldı. 2010-cu ildən 2014-cü ilədək Azərbaycan Rusiyaya qaz tədarük edib. 2015-ci ildə Azərbaycan metanol Zavodu (AzMeCo) üçün Rusiya qazının tədarükünü bərpa etmək cəhdləri olub. Daha sonra “Qazprom” 2017-ci və 2018-ci illərdə Azərbaycana qaz tədarük edib. **