Latviya XİN-in dövlət katibi Andris Pelş Azərbaycanın bu ölkədəki səfiri Elnur Sultanovun etimadnaməsinin surətini qəbul edib. Bu barədə Latviya XİN məlumat verib.
“Görüşdə iki ölkələr arasında münasibətlər, Aİ ilə Azərbaycan arasında münasibətlərdə proseslər və Cənubi Qafqaz regionunda mövcud vəziyyət müzakirə olunub”, - məlumatda deyilir.
Sultanov Latviyanı Azərbaycanın staretji önəm kəsb edən əsas tərəfdaşı adlandırıb və qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün Latviya tərəfindən sarsılmaz dəstəyini yüksək qiymətləndirir.
“Sultanov bəyan edib ki, Latviya ilə Azərbaycan arasında müxətlif sahələrdə münasibətləri möhkəmləndirmək niyyətindədir, işgüzar və mədəni əməkdaşlığı və müxtəlif səviyyələrdə təmasların qurulmasını xüsusi qeyd edib”, - Latviya XİN-dən bildirilir.
Öz növbəsində, Pelş vurğulayıb ki, Latviya Aİ ilə Azərbaycan arasında əıməkdaşlığın möhkəmlənməsi məqsədilə bundan sonra da islahatlarla bağlı təcrübəsini Bakı ilə bölüşməyə hazırdır. **
E.Şəfiyev