Bakı və Zaqreb ərazilərin minalardan təmizlənməsində Xorvatiyanın təcrübəsindən istifadə edilməsi məsələsini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Tərəflər bu məsələni ötən həftə Zaqrebdə keçirilmiş XİN-lərarası siyasi məsləhətləşmələr zamanı müzakirə ediblər. Bundan başqa, infrastruktur layihələrinin həyata keçirilməsi məsələsi də müzakirə olunub”, - deyə mənbə vurğulayıb.*
E.Şəfiyev