Qazaxıstan COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar sentyabrın 21-dən etibarən Rusiyaya aviareyslərin sayını 6 dəfəyədək - həftədə 11 reysdən 65 reysə qədər artırır. Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, Çexiya (həftədə 2 dəfə), Çin (həftədə 8 dəfə) və Azərbaycana (həftədə 3 dəfə) müntəzəm aviareyslər bərpa edilib.*