ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşməyi planlaşdırırlar. Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Onun sözlərinə görə, həmsədrlərin həm bir-biri ilə, həm də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri planlaşdırılıb.
Rudenko qeyd edib ki, həmsədrlərin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşləri baş tutarsa, bu, iki ölkə arasında normallaşma prosesinin praktiki olaraq konturlarının çəkilməsi demək olardı.
“Biz Minsk Qrupunu sülh prosesi yolunda irəliləmək üçün mühüm vasitə kimi nəzərdən keçirməyə davam edirik”, - deyə o vurğulayıb.*