Azərbaycanda koronavirus infeksiyasına 1 min 356 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 476,409 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 594 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər (ötən gün 26 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 370 nəfərə çatıb.
Virusa yoluxmuş 441,731 min nəfər (sutka ərzində +2 min 651 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 28 min 308 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 546 (ötən gün 13 min 583 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 778,393 min test aparılıb.*
A.Salayeva